“Cəhənnəmi 2 ay 13 gün yaşadım”

cehennemi-2-ay-13-gun-yasadim
Oxunma sayı: 4742

“Balaş məni heç vaxt belə gözüyaşlı görmək istəməzdi. Çünki onun özü həyat verən insan idi”.

“Qafqazinfo” xəbər verir ki, bu sözləri “Söhbət var” verilişində qonaq olan müğənni Xatun Əliyeva deyib. O, stilist qardaşının xərçəng xəstəliyindən əziyyət çəkdiyini gec öyrəndiklərini açıqlayıb:

“O qədər yaxşı idi ki... İnsanlar öz yerində, hətta heyvanlara sevgisi tamamilə fərqli idi. Küçədə pişik, it görəndə götürüb maşına qoyurdu. Özü sonbeşik olsa da, elə bil evimizin böyüyü idi. Məni bu yerlərə o gətirib çıxarıb. Hərdən özümü elə qınayıram ki, onu dayanmadan o qədər təriflədim deyə... Hərdən müsahibələrimə baxıram, elə bil hiss edirdim ki, ona nəsə olacaq.

Karantin başlayanda fəaliyyətimiz dayanmışdı, hər gün bir yerdə idik. Müharibə vaxtı hər gün ağlayırdı. Deyirdi, pis oluram. Kaş şəhidlərin yerinə mən ölərdim. İnanmazdım, başıma belə iş gələr.

Xəstəliyi aşkar olundu, gecikmişdi. Mən onu xəstə, uzanan görməmişəm. Burun əməliyyatı olanda bir-iki gün uzana bilmədi. Deyirlər, bədxassəlilər ağrı vermir. Dekabrın 9-da xəstəliyi ortaya çıxdı. İsrail, Türkiyəyə - hər yerə əlimi uzatdım. Əlimizdən gələni etdik, heç kimə demədim. Ən güclü həkimlərlə işləyirdik, deyirdilər gecikmisiniz. Cəhənnəmi 2 ay 13 gün yaşadım”.