“Çehrə uzun fasilədən sonra Azərbaycanda”- - Türk mətbuatı

cehre-uzun-fasileden-sonra-azerbaycanda-
Oxunma sayı: 1620


“Qafqazinfo”nun məlumatına görə, qardaş ölkə mətbuatı Nəbahət Çehrənin Hollywoodun tanınmış aktyoru Lane Davies ilə eyni ekran işində bir araya gəldiyini vurğulayıb:

“Nəbahət Çehrə uzun fasilədən sonra Azərbaycanda filmə çəkilib. O, Hollywood ulduzu Lane Davieslə kamera qarşısına keçib. “Santa Barbara” serial ilə tanınan Lane Davies filmdə bir jurnalisti canlandırıb. Çehrə isə iki uşağı olan bir ananı oynayıb. 

Rejissorluğunu Vahid Mustafayevin etdiyi filmin təqdimatı üçün iki ulduz bir araya gəlib. 

Təyyarədən endikləri andan etibarən xarici mətbuatın sıx əlaqəsiylə qarşılaşan Çehre “Çox dramatik bir roldu, təklifi sevərək qəbul etdim. Gözəl bir iş olduğuna inanıram, maraq içindəyəm”-, deyə bildirib. 

Könül