2021-ci ildən bəri ictimaiyyət arasına çıxmayan əfsanəvi aktyor Cek Nikolsonun görüntüləri yayılıb.
“Qafqazinfo” xarici mediaya istinadən xəbər verir ki, 85 yaşlı aktyor uzun müddət sonra Kaliforniyadakı evinin eyvanında paparatsiyanın hədəfinə tuş gəlib.
Üç dəfə “Oskar”a layiq görülən aktyor yorğun görünüşü ilə diqqət çəkib.
Qeyd edək ki, ABŞ mətbuatında yayılan xəbərə görə, C.Nikolson 2021-ci ildən evinə qapanıb. Onun psixi problemlərdən əziyyət çəkdiyi deyilir. Eyni zamanda, “Los Angeles Lakers”in sadiq fanatı olan məşhur ulduz sonuncu dəfə iki il öncə basketbol oyununda görüntülənib.
Həmçinin oxuyun: Kapital Bank обнародовал финансовые показатели за первый квартал 2023 год





Son xəbərlər
Son Xəbərlər