“Çək və paylaş”

cek-ve-paylas-
Oxunma sayı: 886


“Qafqazinfo”nun məlumatına görə, layihənin məqsədi gənclərin araşdırma aparmaq bacarığını inkişaf etdirmək, ölkəmizin mədəniyyətini, tarixini gənclər vasitəsilə dünyaya çatdırmaq, eyni zamanda, onların bu sahədə fəaliyyətini stimullaşdırmaqdır.

Layihə çərçivəsində iştirakçılar Azərbaycanın tarixi, görkəmli şəxsiyyətləri, mədəniyyəti və “Bakı-2015” birinci Avropa Oyunları mövzularından birini əhatə edən üç dəqiqəlik videoçarx hazırlamalıdırlar. Azərbaycan  və ya ingilis dilində hazırlanacaq videoçarxlar aprelin 15-dək “[email protected]” e-poçt ünvanına göndərilməlidir.

Müsabiqədə I, II yerlərin qalibləri müvafiq olaraq İngiltərədə və Türkiyədə ikihəftəlik ingilis dili təhsili (uçuş və qalmaq xərcləri daxil), hüququ qazanacaqlar. Üçüncü pillənin sahibi isə “English Time” Tədris Mərkəzinin Bakı filialında 9 aylıq təhsil almaq imkanına nail olacaq.