Çəkildiyi filmə 13 gündə 27 nəfər baxdı

cekildiyi-filme-13-gunde-27-nefer-baxdi
Oxunma sayı: 2994

Türkiyənin tanınmış modeli Tuba Özayla Çılğın Sədatın çəkildiyi “Laz Kit” filminə 13 gündə cəmi 27 nəfər baxıb.

“Qafqazinfo” Türkiyə mediasına istinadən xəbər verir ki, 28 nəfərin iştirakı ilə çəkilən ekran işi ümumilikdə 454 lirə gəlir əldə edib.

Qeyd edək ki, “Laz Kit” filmi dekabrın 27-dən nümayişə başlayıb. Yusuf Atıcının rejissorluğu ilə çəkilən ekran işində Sinan Bengier, Ahmet Çelik, Esra Sönməzer, Dost Elver kimi aktyor heyəti də rol alıb.