Çəkiliş meydançasında dava - Aktrisaya külqabı atdı

cekilis-meydancasinda-dava
Oxunma sayı: 647

Star TV-də yayımlanan “Fazilet hanımın kızları” serialının çəkiliş meydançasında qalmaqal yaşanıb. 

“Qafqazinfo” Posta qəzetinə istinadən xəbər verir ki, serialın Selini Ecem Baltacı siqaret çəkərkən məkana Çağlar Ertuğrul gəlib. O, “bayıra çıx, burada yemək yeyəcəm” deyib.  Ecem isə “Yeməyini başqa yerdə yesən yaxşı olar. Bura siqaret otağıdır, duman çoxdur”- cavabını verib.  

Çağlar aktrisaya “Həddini biləcəksən, indi buradan get” söyləyərək qışıqırıb və külqabını Ecemin üstünə atıb. 

Cütlük arasında dava böyüyüb və prodüserlər iki məşhuru ayırmağa çalışıblar. Hadisə yerinə rejissor Murat Saraçoğlu gəlib, onları sakitləşdirib.