Bol yağıntılı havalardan sonra Bakıətrafı qəsəbə və kəndlərin yollarında yaranan çətinliklərlə bağlı mətbuatda daim yazılar dərc olunur. Yollarda yaranmış gölməçələr, palçıqdan ayaq basmaq mümkün olmayan küçələr yaşayışı xeyli çətinləşdirir.
“Qafqazinfo”nun əməkdaşları Binənin “Südçülük savxozu”nda olan zaman analoji vəziyyətin hazırda burada da müşahidə olunduğunu görüb. Qəsəbənin əsas yolu asfalt olsa da, dalanlara keçdikdə sarı palçıq və böyük gölməçələr başlayır. Sakinlər hər dəfə yağış və ya qar yağdıqdan sonra küçələrin vəziyyətinin belə olduğunu söyləyir:
“Baxın, siz kiminsə ayağında ayaqqabı görürsüz? Bu yolları çəkməsiz keçmək olmaz. Yağış yağanda birinci yollar ağlımıza gəlir”.
Gölməçələr dərin olduğu üçün hətta maşınlar bəzi dalanlara keçə bilmir.
Fotolar: Nuran Məmmədov





Son xəbərlər
Son Xəbərlər