Ceksonun ağ əlcəyi 104 minə satıldı

ceksonun-ag-elceyi-104-mine-satildi
Oxunma sayı: 847

Dünyaca məşhur müğənni Maykl Ceksonun fenomen ağ əlcəyi auksiona çıxarılıb.

“Qafqazinfo” xəbər verir ki, əfsanəvi ulduzun kristal qaşlarla bəzədilmiş aksessuarı 104 min 711 dollara satılıb.

Auksion Texasda baş tutub, əlcəyi alan şəxsin kimliyi gizlədilib.

Qeyd edək ki, 2009-cu ildə dünyasını dəyişən pop ikon daim səhnə performanslarında tək əlcək taxmasına belə aydınlıq gətirmişdi: “Bir əlcək taxmaq “cool” hesab edilir. İki əlcək taxmaq isə çox adi bir şeydir”.