Xəbər verdiyimiz kimi, bu gün hakim partiyanın parlament seçkilərində iştirak edəcək namizədlərinin siyahısı açıqlanıb.
“Qafqazinfo” xəbər verir ki, bu dəfəki siyahıda mərhum prezident Heydər Əliyevin qardaşı Cəlal Əliyevin adı yoxdur.
Onun yerinə 62 saylı Saatlı seçki dairəsindən Rəşidov Nazim Sahib oğlunun namizədliyi irəli sürülüb.
Xatırladaq ki, Cəlal Əliyevin 87 yaşı var. O, uzun müddətdir ki, səhhəti ilə bağlı Milli Məclisin toplantılarında da iştirak etmirdi.
Günel Türksoy
Son xəbərlər
Son Xəbərlər