Cəlal Əliyev mükafat aldı- - Siyahı

celal-eliyev-mukafat-aldi-
Oxunma sayı: 5458


Həmin qərara uyğun olaraq Azərbaycan elminin inkişafındakı xidmətlərinə görə 7 alim AMEA-nın görkəmli alim və mütəfəkkirlərin adına təsis edilmiş mükafatları ilə təltif olunub.

“Qafqazinfo” modern.az-a istinadən bildirir ki, onlar aşağıdakılardır:

- akademik Çingiz Qacar biratomlu spirtlərin və törəmələrinin trans- və qoş-konformerlərinin fırlanma spektrlərinin identifikasiya edilməsi sahəsindəki fundamental tədqiqatları və mühüm nailiyyətlərinə görə AMEA-nın Nəsirəddin Tusi adına mükafatı ilə;

- akademik Ömər Eldarov Azərbaycan mədəniyyətinin və monumental heykəltəraşlıq sənətinin inkişafındakı xidmətlərinə görə AMEA-nın akademik Üzeyir Hacıbəyli adına mükafatı ilə;

- akademik Cəlal Əliyev Azərbaycanda kənd təsərrüfatı bitkilərinin fiziki-kimyəvi biologiyası sahəsində fundamental tədqiqatları və əldə etdiyi nailiyyətlərinə görə AMEA-nın Həsən bəy Zərdabi adına mükafatı ilə;

- akademik Məhərrəm Məmmədyarov xüsusi texnika üçün vacib olan sintetik yağların yaradılması və kimya sahəsində əldə etdiyi nailiyyətlərə görə AMEA-nın akademik Yusif Məmmədəliyev adına mükafatı ilə;

- akademik Böyükkişi Ağayev Azərbaycanda səhiyyənin və tibb elminin fundamental və tətbiqi sahələrinin inkişafındakı çoxillik xidmətlərinə və əldə etdiyi nailiyyətlərə görə AMEA-nın akademik Mirəsədulla Mirqasımov adına mükafatı ilə;

- AMEA-nın müxbir üzvü İradə Hüseynova kənd təsərrüfatı sahəsində fundamental tədqiqatları və əldə etdiyi nailiyyətlərinə görə AMEA-nın Həsən bəy Zərdabi adına mükafatı ilə;

- geologiya-mineralogoya elmləri doktoru, professor Fərid DadaşovAzərbaycan geologiya elmi sahəsində yüksəkixtisaslı kadrların hazırlanmasındakı mühüm xidmətlərinə görə AMEA-nın akademik Musa Əliyev adına mükafatı ilə təltif olunublar.

Alimlərə mükafatlar AMEA-nın aprelin 18-də keçiriləcək illik Ümumi yığıncağında təqdim olunacaq.