Çəlikəldən qələbə şərhi

celikelden-qelebe-serhi
Oxunma sayı: 647

“Qarabağ”ın baş direktoru Əmrah Çəlikəl Çempionlar Liqasının II təsnifat mərhələsində Gürcüstanın “Samtredia” klubuna 5:0 hesabı ilə qalib gəldikləri oyundan sonra brifinq keçirib. 

“Qafqazinfo” xəbər verir ki, klub rəsmisi jurnalistlərin suallarını cavablandıırb. 

- “Qarabağ” Çempionlar Liqasına 5:0-lıq qələbə ilə başladı. Hesabın belə böyük olacağını gözləyirdiniz?

- Sözün açığı, yox. 5:0 hesablı qələbə bizim də üçün sürpriz oldu. 

- Bu gün komandanızın heyətində debüt edən yeni transferlərdən razı qaldınız?

- Hamı necə, mən də elə. Təbii ki, razı qaldıq. Onlar özlərini yaxşı tərəfdən göstərdilər. 

- “Qarabağ” bundan sonra da transfer reallaşdıracaq?

- Bu məsələ baş məşqçimzi Qurban Qurbanovun nəzarətindədir. Onu deyə bilərəm ki, axtarışlarımız davam edir.

- Bu qələbədən sonra Tiflisə turist kimi getməyə dəyər?

- Biz heç vaxt səfərə turist kimi getmirik. Heç kimə arxayınlaşmağı məsləhət görmürəm. Qarşıda hələ daha bir 90 dəqiqə var. 

- Rəşad Sadıqovun zədəsi nə yerdədir?

- Oyun yenicə başa çatdığından məlumatsızıq. Yəqin ki, son durumu sabah biləcəyik.