Cəlil Məmmədquluzadənin nəticəsi Bakıya gəldi

celil-memmedquluzadenin-neticesi-bakiya-geldi
Oxunma sayı: 2597

Görkəmli Azərbaycan yazıçısı və ictimai xadim Cəlil Məmmədquluzadənin nəticəsi Martin Cavanşiri və onun oğlu Pşemislav Cavanşiri Bakıya səfər edib.

”Qafqazinfo” xəbər verir ki, bu barədə “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid sosial şəbəkədə foto paylaşıb. Qonaqlar Fəxri xiyabanı ziyarət edib. Onlar Bakıya AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli tərəfindən dəvət olunub.

Qeyd edək ki, C. Məmmədquluzadə şəcərəsinin nümayəndələri ilk dəfədir ki, Azərbaycana səfər edirlər. Səfər zamanı onlar bir sıra görüşlərdə iştirak edəcəklər.

Günel Türksoy