Cəlilabad sakini borca görə döyüldü

celilabad-sakini-borca-gore-doyuldu
Oxunma sayı: 1707

Cəlilabadda döyülmə faktı qeydə alınıb.
 
“Qafqazinfo”nun APA-ya istinadən məlumatına görə, hadisə rayon ərazisində baş verib.
 
Belə ki, Məmmədrzalı kənd sakini, 1974-cü il təvəllüdlü Rahil Balabəy oğlu Məmmədov tanışları tərəfindən döyülüb.  O, müxtəlif bədən xəsarətləri ilə Cəlilabad Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Yaralıya ilkin tibbi yardım göstərilib.
 
Məlumata görə, vəziyyəti ağır olan R. Məmmədov borcunu istədiyi şəxslər tərəfindən döyülüb.
 
Faktla bağlı araşdırma aparılır.