Cəlilabad sakini Məşğulluq Mərkəzindən narazıdır - Video

celilabad-sakini-mesgulluq-merkezinden-narazidir
Oxunma sayı: 1380

Cəlilabadın Ocaqlı kənd sakini Cəbrayıl Sadıqov rayonun Məşğulluq Mərkəzindən narazıdır.

“Qafqazinfo” xəbər verir ki, bu barədə o, Real tv-nin qaynar xəttinə video-müraciət göndərib.

C.Sadıqov bildirib ki, ailəsini dolandırmaqda çətinlik çəkdiyindən rayonun Məşğulluq Mərkəzinin heyvandarlıq sahəsi üzrə özünəməşğulluq proqramından qeydiyyatdan keçib. Lakin o, iddia edir ki, müraciətindən 6 il keçməsinə baxmayaraq, ona mal-qara verilməyib.

C.Sadıqovun şikayəti ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində yaradılan Dövlət Məşğulluq Agentliyi ilə əlaqə saxlanılıb. Agentlikdən bildirilib ki, vətəndaş növbəli qaydada bütün prosedurlara cəlb olunacaq.