Cəlilabad sakinindən külli miqdarda narkotik götürülüb.
“Qafqazinfo”nun verdiyi xəbərə görə, aprelin 27-də keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Cəlilabad rayonunda saxlanılan şəhər sakini Şamxal Eyvazovdan çəkisi 1 kiloqram 277 qramdan artıq narkotik vasitə olan tiryək aşkar edilərək götürülüb. Saxlanılan şəxs götürülmüş maddi sübutla birgə istintaqa təhvil verilib.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.
Son xəbərlər
Son Xəbərlər