Cəlilabad sakinindən 1 kq-dan artıq narkotik götürülüb

celilabad-sakininden-1-kq-dan-artiq-narkotik-goturulub
Oxunma sayı: 1527

Cəlilabad sakinindən 1 kq-dan artıq narkotik vasitə götürülüb.

DİN-dən “Qafqazinfo”ya verilən xəbərə görə, Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında aprelin 27-də keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Cəlilabad rayonunda saxlanılan şəhər sakini Şamxal Eyvazovdan çəkisi 1 kiloqram 277 qramdan artıq narkotik vasitə olan tiryək aşkarlanıb.

Saxlanılan şəxs götürülmüş maddi sübutla birgə istintaqa təhvil verilib.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.