Cəlilabad sakinindən 3 kiloqram heroin tapılıb

celilabad-sakininden-3-kiloqram-heroin-tapilib
Oxunma sayı: 1251

Narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Cəlilabad Rayon Pərdi kənd sakini Oqtay Rufullayev saxlanılıb. 

“Qafqazinfo” DİN-ə istinadən xəbər verir ki, onun üzərinə baxış keçirilərkən narkotik vasitə olan heroin aşkar edilərək götürülüb. Əməliyyat tədbirlərinin davamı olaraq saxlanılan şəxsin yaşadığı evə də baxış keçirilib. Evin həyətindəki tövlədə gizlədilmiş 2 bükümdə narkovasitə polis əməkdaşları tərəfindən aşkar olunaraq götürülüb.

Onun üzərindən və həyətindəki tövlədən götürülmüş, ekspertizaya təqdim olunan narkotik vasitənin ümumi çəkisi 3 kiloqram 118 qram heroin olması barədə rəy verilib.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, istintaq aparılır.

Murad Əhməd