Cəlilabadda 2 nəfər narkotiklə saxlanıldı - Foto

celilabadda-2-nefer-narkotikle-saxlanildi
Oxunma sayı: 1588

Cəlilabad rayonunda narkotik maddələrin satışı ilə məşğul olan 2 nəfər saxlanılıb.

“Qafqazinfo” DİN-ə istinadən xəbər verir ki, Cəlilabad RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat zamanı paytaxt sakini Səbuhi Gülməmmədov və Ağdam rayon sakini, əvvəllər məhkum olunmuş Ağamirzə Salahov Ələt-Astara magistral yolunun Cəlilabad rayonu ərazisindən keçən hissəsində saxlanılıblar. 

S.Gülmməmədovun əlindəki və idarə etdiyi avtomobildəki bağlamalara baxış zamanı ümumi çəkisi 2 kiloqram 150 qram olan narkotik vasitə tiryək və 555 qram narkotik vasitə heroin aşkar olunaraq götürülüb. Saxlanılan şəxslər ifadələrində narkotik vasitələrin onlara məxsus olduğunu və satmaq niyyəti ilə əldə etdiklərini bildiriblər.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb və saxlanılan şəxslərin hər biri barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. İstintaq-əməliyyat tədbirləri davam etdirilir.