Cəlilabadda 20 yaşlı gənc bıçaqlandı

celilabadda-20-yasli-genc-bicaqlandi
Oxunma sayı: 2199

Fevralın 18-də saat 21 radələrində Cəlilabad rayonu ərazisində rayon sakini 2003-cü il təvəllüdlü Kənan İsmayılova bıçaq xəsarətləri yetirilməsi barədə polisə məlumat daxil olub.

DİN-in mətbuat xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə,  araşdırmalarla cinayət əməlini 2000-ci il təvəllüdlü Əkbər Quliyev tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən olunub. 

K.İsmayılov xəstəxanaya yerləşdirilib. Vəziyyəti orta-ağırdır. 

Polis əməkdaşları tərəfindən Ə.Quliyev saxlanılaraq istintaqa təhvil verilib. 

Araşdırmalar davam etdirilir.