Cəlilabadda 22 yaşlı qadın itkin düşüb - Foto

celilabadda-22-yasli-qadin-itkin-dusub
Oxunma sayı: 2702

Cəlilabadda 22 yaşlı qadın 50 gündür itkin düşüb.

“Qafqazinfo” xəbər verir ki, Moranlı kənd sakini, Zəkirə Nadir qızı Mirzəyeva iyulun 5-də Cəlilabad şəhəri ərazisindən naməlum istiqamətə gedib və indiyədək qayıtmayıb.

Zəkirə Mirzəyevanın əlamətləri belədir: Boyu 152 sm, gözləri qonur rəngdədir, orta bədən quruluşludur. İtkin düşən zaman üzərində boz rəngli köynək və qara rəngli şalvar olub:

“Onu tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in "102" Xidməti Zəng Mərkəzinə, həmçinin Cəlilabad Rayon Polis Şöbəsinə 055-248-17-33 nömrəsinə zəng vuraraq məlumat vermələri xahiş olunur”.

Qeyd edək ki, Z.Mirzəyeva 2021-ci ildə də itkin düşüb, bir müddət sonra polis əməkdaşları onu paytaxt ərazisində taparaq ailəsilə təhvil veriblər.