Cəlilabadda 250 minlik heroin aşkarlandı - Taxıl zəmisindən

celilabadda-250-minlik-heroin-askarlandi
Oxunma sayı: 767

Cəlilabad rayonunda külli miqdarda narkotik vasitə aşkarlanıb.

Daxili İşlər Nazirliyindən “Qafqazinfo”ya verilən məlumata görə, Cəlilabad RPŞ əməkdaşları tərəfindən Xanəngah kəndi ərazisindəki taxıl zəmisinə baxış zamanı orada gizlədilən 6 kiloqram 775 qram heroin və 3 kiloqram 530 qram tiryək aşkar edilərək götürülüb.

Qeyd edək ki, regionda bu çəkidə heroinin təxmini qiyməti 250 min manatdır.