Cəlilabadda 2500 adam ağac əkdi - Foto

celilabadda-2500-adam-agac-ekdi
Oxunma sayı: 1745

Dekabrın 6-da Birinci vitse-prezident Mehriban Əliyevanın dahi Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə bir gündə respublikada 650 min ağacın əkilməsi təşəbbüsünə Cəlilabad rayonu da fəallıqla qoşulub, yüksək bayram əhval-ruhiyyəsi ilə ağacəkmə kampaniyası keçirilib.

“Qafqazinfo” xəbər verir ki, Cəlilabad Rayon İcra Hakimiyyəti başçısı Namiq Zeynalovun, idarə, müəssisə və təşkilatların nümayəndələrinin, rayon ictimaiyyətinin, sakinlərin, həmçinin gənclərin yüksək fəallıqla qoşulduğu, ümumilikdə 2500 nəfərədək adamın iştirak etdiyi genişmiqyaslı ağacəkmə kompaniyasında 5 mindən çox ağcaqayın və göyrüş ağacları əkilib.

Qeyd edək ki, mütəfəkkir şair İmadəddin Nəsiminin yaradıcılığında insan və təbiət münasibətlərinin harmoniyası xüsusi yer tutduğuna görə, onun xatirəsinin bu kontekstdə genişmiqyaslı, yaddaqalan tədbirlə əbədiləşdirilməsi ətraf mühitin sağlamlaşdırılmasına verilən dəyərli töhfədir.