Cəlilabadda 50 yaşlı qadın özünü öldürdü

celilabadda-50-yasli-qadin-ozunu-oldurdu
Oxunma sayı: 1288

Cəlilabad rayonunun Cəlayir Kəndində intihar hadisəsində baş verib.

“Qafqazinfo” APA-ya istinadən xəbər verir ki, kənd sakini, 1968-ci il təvəllüdlü Yasəmən Elyas qızı Nağıyeva özünü asıb.

Onun meyiti Məhkəmə Tibbi-Ekspertiza və Patoloji Anatomiya Birliyinin Cəlilabad Rayon Şöbəsinə təhvil verilib.

Məlumata görə, Ə. Nağıyevanın psixoloji problemləri olub.

Faktla bağlı araşdırma aparılır.