Cəlilabadda ağacəkmə aksiyası - Fotolar

celilabadda-agacekme-aksiyasi
Oxunma sayı: 2388

Cəlilabad rayonunda Prezident İlham Əliyevin Sərəncamı ilə Azərbaycanda 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi ilə bağlı ağacəkmə aksiyası keçirilib. 

“Qafqazinfo” xəbər verir ki, aksiyada Cəlilabad RİH başçısı Rafiq Cəlilov, Aparatın əməkdaşları, hüquq mühafizə orqanları, idarə, müəssisə və təşkilatların rəhbərləri və əməkdaşları iştirak ediblər.

“Konstitusiya və Suverenlik İli” ilə bağlı təşkil edilən bu aksiya zamanı 250 ədəd ağac əkilib və ağaclara lazımi aqrotexniki qulluq göstərilib. Aksiyanın keçirilməsində məqsəd ağac əkməklə ekoloji tarazlığın bərpasına, ətraf mühitin qorunmasına kömək etmək, atmosferi oksigenlə zənginləşdirmək, ictimaiyyətin diqqətini yaşıllıqların qorunmasına yönəltməkdir.