Cəlilabadda ağır qəza - 5 nəfər xəsarət aldı

celilabadda-agir-qeza
Oxunma sayı: 2360

Cəlilabad rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

“Qafqazinfo” xəbər verir ki, rayonun Adnalı kəndi ərazisində qeydə alınan qəza zamanı “Ford” markalı avtomobillə “VAZ” markalı avtomobil toqquşub.

Hadisə nəticəsində 5 nəfər rayon sakini - 1971-ci il təvəllüdlü Elminaz Həmşəliyeva, 1987-ci il təvəllüdlü Ülviyyə Əsgərova, 1969-cu il təvəllüdlü Ağgül Nadirova, 2000-ci il təvəllüdlü Məlahət Nadirova və 1978-ci il təvəllüdlü Rasim Şəbiyev müxtəlif dərəcəli xəsarətlər alıb.

Onlar rayon xəstəxanasına çatdırılıb.

Surxay Şahbazov