Cəlilabad rayonunda ağır yol nəqliyyat hadisəsi baş verib.
“Qafqazinfo” xəbər verir ki, hadisə Cəlilabad-Yardımlı avtomobil yolunun Şatırlı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, “VAZ 2107” markalı minik avtomobillə “VAZ 21011” markalı minik avtomobilləri toqquşub.
Qəzada 4 nəfər Cəlilabad rayon sakini xəsarət alıb. Onlar 1947-ci il təvəllüdlü Püstəxanım Məmmədova, 1981-ci il təvəllüdlü Kamil Mirələmov, 2004-cü il təvəllüdlü Abidin Baloğlanov və 2002-ci il təvəllüdlü Röyal Ağaquliyevdir.
Yaralılar Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Surxay Şahbazov
Son xəbərlər
Son Xəbərlər