Cəlilabadda ağır qəza, ölən var

celilabadda-agir-qeza-olen-var
Oxunma sayı: 2389

Cəlilabadda ölümlə nəticələnən qəza baş verib.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan “Qafqazinfo”ya verilən məlumata görə, fevralın 5-də Cəlilabad rayonunun Privolnoye kəndi ərazisində rayon sakini E.Əhmədovun idarə etdiyi "MAZ" markalı avtomobillə qarşıdan gələn "Ford" markalı avtomobil toqquşub.

Nəticədə "Ford" markalı avtomibilin sürücüsü İ.Quliyev xəsarət alaraq Cəlilabad Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib, sərnişin N.Məmmədov isə aldığı xəsarətlərdən ölüb.