Cəlilabadda avtomobillər toqquşdu - Foto

celilabadda-avtomobiller-toqqusdu
Oxunma sayı: 1110

Cəlilabadda yol qəzası baş verib.

“Qafqazinfo” xəbər verir ki hadisə rayon mərkəzində Heydər Əliyev prospektində qeydə alınıb.

İlkin məlumata görə, ötmə əməliyyatı zamanı “Hyundai” və “Mercedes” markalı minik  avtomobilləri toqquşub.

Qəza zamanı hər iki avtomobilə ciddi ziyan dəyib. Xəsarət alan yoxdur.

Faktla bağlı araşdırma aparılır.

Surxay Şahbazov