Cəlilabadda batareya udan körpə öldü

celilabadda-batareya-udan-korpe-oldu
Oxunma sayı: 3401

Cəlilabad rayonunda körpə enerji batareyasını udması nəticəsində ölüb.

“Qafqazinfo” “Report”a istinadən xəbər verir ki, hadisə rayonun Göytəpə şəhərində qeydə alınıb.

Belə ki, 2017-ci il təvəllüdlü İbrahim Xalid oğlu Ağayevin halı pisləşdiyindən Bakı şəhərindəki xəstəxanalardan birinə aparılıb. Müayinə zamanı onun mədəsində enerji batareyası aşkarlanıb. Həkimlərin səylərinə baxmayaraq, uşaq martın 26-da dünyasını dəyişib.

Qeyd edək ki, İ.Ağayev ailənin üçüncü övladı olub.