Cəlilabadda dəhşətli qəza – - 2 ölü, 5 yaralı

celilabadda-dehsetli-qeza-
Oxunma sayı: 1230


“Qafqazinfo” DİN-ə istinadən xəbər verir ki, hadisə avqustun 17-də saat 01 radələrində rayonun Gülməmmədli kəndində qeydə alınıb.

Rayon sakini Ramiz Şükürovun və Vüqar Həziyevin idarə etdikləri “VAZ” markalı avtomobillər toqquşub. 

Nəticədə hər 2 sürücü və V.Həziyevin 4 sərnişini, habelə R.Şükürovun 1 sərnişini xəstəxanaya yerləşdirilib.

Onlardan Rasim İbişov və Rəvan Həziyev orada ölüb.

Cəlilabad RPŞ tərəfindən  araşdırma aparılır.

Murad Əhməd

“Qafqazinfo”