Cəlilabad rayonunda yaşayış evi yanıb.
"Qafqazinfo" xəbər verir ki, hadisə rayonun Pərdi kəndində qeydə alınıb. Həmin kənddə Oktay Rufullayevə məxsus ümumi sahəsi 120 kvadratmetr olan birmərtəbəli 4 otaqlı evdə yanğın baş verib.
Hadisə yerinə gələn Cəlilabad rayon yanğından mühafizə hissəsinin əməkdaşları yanğını söndürüb. Lakin hadisədən gec xəbər tutulması səbəbindən ev tamamilə yanıb.
Faktla bağlı araşdırma aparılır.
Surxay Şahbazov
Son xəbərlər
Son Xəbərlər