Cəlilabadda faciə - 7 yaşlı uşaq yanğında öldü

celilabadda-facie
Oxunma sayı: 720

Cəlilabad rayonunda yanğın hadisəsi baş verib.

“Qafqazinfo”nun Report-a istinadən məlumatına görə, hadisə rayonun Qarazəncir kəndində qeydə alınıb. Kənd sakini Əliyar Əliyevə məxsus birmərtəbəli 5 otaqlı fərdi yaşayış evi yanıb. Yanğın zamanı Ə.Əliyevin 7 yaşlı oğlu Hüseyn Əliyev tüstüdən zəhərlənmə nəticəsində ölüb.

Hadisə yerinə yanğınsöndürənlər cəlb edilib.

Yanğının başvermə səbəbləri araşdırılır.