Cəlilabadda faciə - Kartof yığarkən ildırımdan öldü

celilabadda-facie
Oxunma sayı: 641

Cəlilabad sakinini ildırım vuraraq öldürüb.

“Qafqazinfo”nun APA-ya istinadən məlumatına görə, Cəlilabad rayon sakini Qurbanov Azər Tahir oğlu sahədə kartof yığarkən ildırım vurmasından dünyasını dəyişib.
 
Xəbər verildiyi kimi, qısa müddətli güclü külək və leysan yağışlar Lerik və Cəlilabad rayonlarında bir sıra fəsadlar törədib.
 
Hazırda bu rayonlarda artıq mülayim hava şəraiti hökm sürür.