Cəlilabadda hədə-qorxu ilə insanların pulunu alan şəxs tutulub

celilabadda-hede-qorxu-ile-insanlarin-pulunu-alan-sexs-tutulub
Oxunma sayı: 1007

Cəlilabadda axtarışda olan rayon sakini saxlanılıb.

"Qafqazinfo" "Report"a istinadən xəbər verir ki, saxlanılan Əhmədli Xəqani adlı şəxs həmyerlisi Zamiq Rzayevlə əlbir olaraq Cəlilabad rayon sakini Həsənov Xəyala hədə - qorxu gəlməklə onun 3 min 500 manat pulunu mənimsəyib.

Həmçinin, qrup üzvləri bu cinayət əməlini Yardımlı rayon sakininə qarşı da tətbiq ediblər. Həmin şəxsdən zorakılıq yolu ilə 5 min 300 manat pul əldə edilib.

Əvvələr məhkum olunmuş 1977-ci il təvəllüdlü Əhmədli Xəqani Cinayət Məcələsinin 8 maddəsi üzrə axtarışda olub.

Faktla bağlı araşdırmalar davam etdirilir.