Cəlilabadda Heydər Əliyevə həsr olunmuş tədbir keçirilib - Foto

celilabadda-heyder-eliyeve-hesr-olunmus-tedbir-kecirilib
Oxunma sayı: 860

Ümummilli Lider, görkəmli siyasətçi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü respublikanın hər yerində olduğu kimi, Cəlilabadda da təntənə ilə qeyd edilib.

“Qafqazinfo” xəbər verir ki, Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Namiq Zeynalov, aparat işçiləri, hüquq-mühafizə orqanlarının rəhbərləri və rayon ictimaiyyətinin nümayəndələri Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri qoyublar.

Sonra iştirakçılar Heydər Əliyev Mərkəzinə gələrək Ulu Öndərin həyat və fəaliyyətini əks etdirən eksponatlarla tanış olublar.

Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibətilə rayonun bütün idarə və müəssisələrində, təhsil müəssisələrində silsilə tədbirlər keçirilib, idman yarışları və sərgilər təşkil olunub.