Mayın 6-da Cəlilabad Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunan konsert baş tutub.
“Qafqazinfo” xəbər verir ki, konsertdə Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Namiq Zeynalov, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə rəhbərləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Heydər Əliyev Seyrəngahının önündə təşkil olunan konsertdə rayon sakinləri respublikanın tanınmış incəsənət ustalarının çıxışlarını böyük maraqla dinləyib, gözəl rəqslərə tamaşa ediblər. Konsert proqramı rayon sakinlərində əsl bayram əhval-ruhiyyəsi yaradıb.
Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunan konsert proqramı möhtəşəm atəşfəşanlıqla yekunlaşıb.
Son xəbərlər
Son Xəbərlər