Cəlilabad rayonunda iki uşaq atası intihar edib.
“Qafqazinfo” “Report”a istinadən xəbər verir ki, hadisə rayonun Dostəli kəndi ərazisində baş verib.
Belə ki, həmin kəndin sakini, 1974-cü il təvəllüdlü Mübariz Musa oğlu Şahbazov yaşadığı evin həyətindəki yarımtikilidə özünü asaraq intihar edib.
Faktla bağlı Cəlilabad Rayon Prokurorluğunda araşdırmalara başlanılıb.
***
DİN baş verən faktla bağlı məlumat yayıb. Bildirilir ki, intihar edən şəxs ruhi xəstə olub.