Cəlilabadda iki yaşlı oğlan dərmandan zəhərlənərək ölüb

celilabadda-iki-yasli-oglan-dermandan-zeherlenerek-olub
Oxunma sayı: 1144

Cəlilabadda iki yaşlı uşaq dünyasını dəyişib. 

“Qafqazinfo”nun APA-ya istinadən məlumatına görə, gecə saatlarında rayonun Hasıllı kənd sakini, 2016-cı il təvəllüdlü Mirkamil Samir oğlu Bağırov valideynləri tərəfindən Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
 
M. Bağırova həkimlər tərəfindən tibbi yardım göstərilməsinə baxmayaraq o, dünyasını dəyişib.
 
İlkin məlumata görə, M.Bağırovun dərmandan zəhərlənərək dünyasını dəyişdiyi bildirilir.
 
Faktla bağlı araşdırma aparılır.