Cəlilabad rayonunun 60 kəndində elektrik enerjisinin verilişi dayandırılıb.
“Qafqazinfo” Report-a istinadən xəbər verir ki, rayonun dağlıq kəndlərində elektrik enerjisinin kəsilməsinə 35 min kilovatlıq elektrik xəttinin sıradan çıxması səbəb olub.
Hazırda rayonun 60 kəndi işıqsızdır. Təmir işləri havaların əlverişsiz olması səbəbindən gecikir.
***
“Azərişıq” ASC-nin mətbuat xidmətindən “Qafqazinfo”ya verilən məılumata görə, Cəlilabad rayonunun dağ kəndlərinə elektrik enerjisinin ötürülməsində problem yaranmış xətt üzrə saat 16.00-dan etibarən işıq verilişi bərpa olunub.
Hava şəraitinin əlverişsiz olmasına baxmayaraq təmir-bərpa işləri başa çatdırılıb və bütün kənddlərə fasiləsiz işığın verilməsi təmin edilib. Hazırda Cəlilabadın bütün əraziləri elektrik enerjisi ilə təchiz edilir.


Son xəbərlər
Son Xəbərlər