Cəlilabadda kişi keçmiş arvadını qətlə yetirdi

celilabadda-kisi-kecmis-arvadini-qetle-yetirdi
Oxunma sayı: 3350

Cəlilabad rayonunda qətl hadisəsi baş verib. 

"Qafqazinfo" xəbər verir ki, hadisə rayonun Təzəkənd kəndində qeydə alınıb. 

Belə ki, kənd sakini, 1980-ci il təvəllüdlü Bayramov Cavid Nəriman oğlu keçmiş həyat yoldaşı, 1976-cı il təvəllüdlü Xanalıyeva Rəna Allahqulu qızına çoxsaylı bıçaq zərbələri vuraraq onu qətlə yetirib.  

Hazırda hadisənin təfərrüatları dəqiqləşdirilir. İlkin məlumatlara əsasən, qətl hadisəsi ötən gecə 2-3 radələrində R.Xanalıyevanın yaşadığı evdə baş verib. 

Qeyd edək ki, cütlüyün məktəbli iki övladı var.

Faktla bağlı Cəlilabad rayon Prokurorluğunda araşdırma aparılır.

Surxay Şahbazov