Cəlilabadda körpə doğuşdan sonra öldü

Cəlilabadda körpə doğuşdan sonra öldü
Oxunma sayı: 763

Cəlilabadda xəstəxanada yeni doğulmuş uşaq ölüb.

"Qafqazinfo"xəbər verir ki, ölüm hadisəsi Rayon Mərkəzi Xəstəxanasında baş verib.

Belə ki,  1992-ci il təvəllüdlü Kərimova  Aytən Namiq qızı doğuş vəziyyəti ilə əlaqədar Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına müraciət edib.

Qeysəriyyə əməliyyatı ilə doğuş həyata keçirilsə də, bir neçə saat sonra uşaq ölüb.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Tural Hüseynli


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi