Cəlilabadda minik avtomobili aşdı - Xəsarət alan var

celilabadda-minik-avtomobili-asdi
Oxunma sayı: 2246

Cəlilabad rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Qafqazinfo”nun məlumatına görə, hadisə Cəlilabad-Cəngan avtomobil yolunda qeydə alınıb. 

Belə ki, 1981-ci il təvəllüdlü Ramin Məmmədovun idarəetməni itirərək “VAZ 2106” markalı minik avtomobilini aşırıb.

Qəza nəticəsində müxtəlif bədən xəsarətləri alan sürücü Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. 

Faktla bağlı araşdırma aparılır.

Surxay Şahbazov