Cəlilabadda qardaş bacısını öldürdü

celilabadda-qardas-bacisini-oldurdu
Oxunma sayı: 2271

Cəlilabad rayonunda qətl hadisəsi baş verib.

“Qafqazinfo”nun verdiyi xəəbərə görə, hadisə yanvarın 2-də rayonun Üçtəpə kəndində qeydə alınıb.

Kənd sakini, 1992-ci il təvəllüdlü Hikmət Sadıqov bacısı, 1987-ci il təvəllüdlü Arzu Cəfərovanı bir neçə dəfə bıçaqlayaraq öldürüb.

Hadisənin qısqanclıq zəminində baş verdiyi bildirilir. Faktla bağlı Cəlilabad rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb. H.Sadıqov şübhəli şəxs qismində tutulub.

Murad Əhməd