Cəlilabadda qəza- - 2 ölü, 3 yaralı

celilabadda-qeza-
Oxunma sayı: 818


"Qafqazinfo" DİN-in saytına istinadən xəbər verir ki, Cəlilabad rayonu Uzuntəpə kəndinin ərazisində kənd sakinləri Seymur Qarayevin idarə etdiyi “VAZ-2106” və Teymur Yadigarovun idarə etdiyi “Mercedes” markalı avtomobillər toqquşub. Seymur Qarayev və sərnişinlərindən Uzuntəpə kənd sakini Asim Rüstəmov hadisə yerində ölüb, digər sərnişinləri Rəvan Ağazadə, Xəyal Mirzəxanov, habelə Teymur Yadigarov xəstəxanaya yerləşdirilib. 

Cəlilabad RPŞ tərəfindən araşdırma aparılır.