Koronavirus (COVİD - 19) infeksiyasının Cəlilabad rayonu ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə təxirəsalınmaz tədbirlər davam etdirilir.
“Qafqazinfo” xəbər verir ki, xəstəliyə yoluxma hallarına yol verilməməsi və onun qarşısının alınması, bu sahədə aparılan müvafiq profilaktik tədbirlərin effektivliyinin yüksəldilməsi məqsədilə Nazirlər Kabineti yanında Operativ Qərargahın sərəncam və tövsiyələrinə uyğun olaraq dezinfeksiya tədbirləri gücləndirilib. Bununla əlaqədar xüsusi yaradılmış monitorinq qrupları mütəmadi olaraq rayonda çatışmazlıqları, pozuntuları müəyyən edilməsi məqsədi ilə monitorinqlər aparır və onların aradan qaldırılması ilə bağlı təcili tədbirlər həyata keçirir.
Ötən gün texnikalardan istifadə edilərək Cəlilabad və Göytəpə şəhərlərinin mərkəzi küçələri dezinfeksiya olunub. Bu sahədə aparılan müvafiq profilaktik tədbirlərin səmərəliliyinin yüksəldilməsi məqsədilə idarə və müəssisələrin inzibati binalarında, ictimai yaşayış evlərində, evlərin giriş blokları və pilləkənlərdə, ümumilikdə bütün ictimai yerlərdə tibbi-profilaktik və dezinfeksiyaedici tədbirlər aparılır. Aparılan dezinfeksiya işləri qrafikə uyğun olaraq mütamadi davam etdirilir.




Son xəbərlər
Son Xəbərlər