Cəlilabad rayonunda yanğın baş verib.
"Qafqazinfo"nun məlumatına görə, hadisə yeni Ələt-Astara avtomobil yolunun Cəlilabad rayonundan keçən hissəsində, Mahmudçala deyilən ərazidə qeydə alınıb.
Hadisə yerinə Cəlilabad Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin əməkdaşları və texnikaları cəlb edilib. İlkin məlumata görə, yanğın nəticəsində 2 hektar ərazidə quru ot, qamışlıq ərazi yanıb. Yanğın söndürülüb.
Faktla bağlı araşdırma aparılır.
Surxay Şahbazov
Son xəbərlər
Son Xəbərlər