Cəlilabadda yük maşını aşdı - Ölən və yaralanan var

celilabadda-yuk-masini-asdi
Oxunma sayı: 3612

Cəlilabad rayonunda ağır yol qəzası baş verib.

"Qafqazinfo" xəbər verir ki, hadisə rayonun Zəhmətabad kəndi ərazisində qeydə alınıb. 

Yardımlı rayonu, Çanaqbulaq kənd sakini - 1980-ci il təvəllüdlü Çingiz Niyaz oğlu Tağıyev idarə etdiyi “UAZ” markalı avtomobili yolun kənarına aşırıb. 

Qəzada sürücü aldığı xəsarətlərdən sonra xəstəxanaya yerləşdirilib. 

Avtomobildə olan sərnişin - 1986-cı il təvəllüdlü Zevin kənd sakini Şıxaliyev Sadəddin Telman oğlu müxtəlif bədən xəsarətləri ilə Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və orada vəfat edib. 

Faktla bağlı araşdırma aparılır.

Surxay Sahbazov