Cəlilabadın icra başçısı səyyar görüş keçirdi - Foto

celilabadin-icra-bascisi-seyyar-gorus-kecirdi
Oxunma sayı: 1246

Mayın 2-də Cəlilabad Rayon İcra Hakimiyyəti başçısının qrafikə uyğun olaraq növbəti səyyar görüş - qəbulu rayonun Zəhmətabad kəndində keçirilib.

“Qafqazinfo” xəbər verir ki, Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Namiq Zeynalov ölkədə Prezident İlham Əliyev tərəfindən aparılan sosial-iqtisadi islahatlardan danışıb, Cəlilabad rayonunda aparılan abadlıq işləri barədə vətəndaşlara məlumat verib.

Namiq Zeynalov vətəndaşlar tərəfindən qaldırılan məsələləri dinləyib.

Vətəndaşlar Zəhmətabad kəndinin qazlaşdırılması, Kövüzbulaq kənd tam orta məktəbinin yenidən inşa edilməsi, əlillik dərəcəsinin təyin edilməsi, ünvanlı dövlət sosial yardımın təyin edilməsi və kənddə artezian quyusunun qazılması haqqında müraciət ediblər.

Səyyar görüş-qəbulda səsləndirilən müraciətlərə aydınlıq gətirilib, həlli vaxt tələb edən təkliflərlə bağlı izahat işi aparılıb və aidiyyəti üzrə müvafiq tapşırıqlar verilib.