Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyunları davam edir.
“Qafqazinfo” xəbər verir ki, bu gecə daha iki qarşılaşma keçirilib.
“Çelsi” doğma meydanda “Bavariya”nı qəbul edib və 0:3 hesabı ilə uduzub. “Barselona” isə İtaliyada “Napoli” ilə qarşılaşıb. Oyun 1:1 hesabı ilə başa çatıb.
Çempionlar Liqası, 1/8 final mərhələsi
“Çelsi” – “Bavariya” - 0:3
Qol: Qnabri, 51,54, Levandovski, 76
London. “Stemford Bridc”. Hakim: Klement Turpin
“Napoli” – “Barselona”- 1:1
Qol: Mertens, 30 - Qrizmann, 57
Neapol. “San Paolo”. Hakim: Feliks Brik