“Qafqazinfo” xəbər verir ki, Premyer Liqanın son turu çərçivəsində “Everton”a qarşı keçirilən matçda Oskarın zədələnməsindən sonra braziliyalı fubtolçu Ramirez də sıradan çıxıb. Müdafiəçi David Luiz də zədəli futbolçular siyahısına qatılıb. Baş məşqçi Mourinyo futbolçularının fevralın 26-na kimi tam hazır vəziyyətdə ola bilməyəcəyindən narahatdır. Portuqaliyalı mütəxəssi zədəli futbolçular haqqında son qərarını çərşənbə axşamı verəcək.
Qeyd edək ki, “Qalatasaray”- “Çelsi” matçı fevralın 26-da saat 23:45-də start götürəcək. Görüşü ispaniyalı hakim Karlos Velasko Karbalo idarə edəcək.
İqbal
Son xəbərlər
Son Xəbərlər